Başqası ilə qaçan 5 uşaqlı qadın tapıldı

Başqası ilə qaçan 5 uşaqlı qadın tapıldı
23:37 4 Yanvar 2015
287 Sosial
Ölkə mətbuatı
A- A+

Siyəzənin Gilgilçay kəndində başqa kişi ilə qaçan beş uşaqlı gəlin tapılıb.
 
Millli.Az axar.az-a istinadən bildirir ki, bu hadisənin təfərrüatı ortaya çıxıb. “Xəzər-xəbər”in araşdırması zamanı beş uşaqlı qadının onların həyətində işlədiyi usta ilə münasibəti yarandığı və onunla qaçdığı məlum olub.
 
Qadının həyat yoldaşı Namiq Ağayev məsələ ilə bağlı Siyəzən rayon Polis Şöbəsinə müraciət edib.
 
Polis 34 yaşlı gəlinin olduğu yeri müəyyənləşdirib və qardaşları onu atası evinə gətiriblər. Ancaq ailəsi bu rüsvayçı olayla bağlı heç bir açıqlama verməyib.
 
Gəlinin ən böyük övladının 15 yaşda olduğu bildirilir.
 
Qeyd edək ki, bir müddət əvvəl də Qubanın Davudoba kəndində xalası oğluna ərə gedən Tamilla Baxışova iki övladını ataraq başqası ilə qaçmışdı. Ailəsi gəlinin internetdə tanış olduğu oğlanla qaçdığını açıqlayıb. Oxşar hadisə Şabranda da baş vermişdi.
 
Sumqayıtın Corat qəsəbəsindən olan evli İlham Atayev Siyəzən sakini, 21 yaşlı Gülər Məmmədova ilə Şabranın Uzunboyad kəndindən qaçmışdılar.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR