Dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu

Dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu
00:06 5 Yanvar 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, zəncirvari qəza yolun 105-ci kilometrliyində, Şamaxının Acıdərə adlanan ərazisində qeydə alınıb.

Ağsu sakini, 1990-cı il təvəllüdlü Əliyev Elmin Elşad oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Sabirabad sakini, 1957-ci il təvəllüdlü Ağayev Vaqif Xudamirzə oğlunun idarə etdiyi “HOVA” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını minik avtomobilinin üstünə aşıb. Həmin vaxt toqquşan avtomobillər qarşı tərəfdən gələn, Qəbələ sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Ramil Fikrət oğluna məxsus “Mercedes” markalı minik maşınına çırpılıblar.

Hadisə nəticəsində toqquşan yük və minik avtomobillərinin sürücüsü, eləcə də minik maşının sürücüsü Elmin Əliyevin bacısı, 1988-ci il təvəllüdlü Əliyeva Əntiqə Elşad qızı, sərnişinlər- Gədəbəy sakini, 2002-ci il təvəllüdlü Əliyev Fərid Nemət oğlu, Bakı sakini 1988-ci il təvəllüdlü Abbasov Azər Eyvaz oğlu, Bakı sakini, 1961-ci il təvəllüdlü Baxşəliyev Vaqif Paşa oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat ediblər. Digər “Mercedes”in sürücüsü Ramil Allahverdiyev ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. O, sonradan müalicə üçün Bakıya aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR