Oksana Rəsulova: "Mənim Elşada qarşı olan hisslərim..." - FOTOSESSİYA

Oksana Rəsulova: "Mənim Elşada qarşı olan hisslərim..." - FOTOSESSİYA
00:12 5 Yanvar 2015
248 Şou
Ölkə mətbuatı
A- A+

Rəqqasə Oksana Rəsulovanın Milli.Az-a müsahibəsi.

- Oksana xanım, son zamanlar ard-arda bir-birindən maraqlı layihələrə imza atdınız. Maşallah deyək. Hal-hazırda bu uğurları tamamlamaq üçün nə çatmır?

- Hindistanda çəkiləcək bir filmdə baş rolu ifa etməliyəm. İnşallah, o da baş tutsa, uğurlarımı müəyyən mənada tamamlamış olacağam.

- Həmin baş rola artıq təsdiqlənmisiniz?

- Bəli, təsdiqlənmişəm. Hər hər şey qaydasındadır. Sadəcə olaraq, filmin çəkilişlərinə start verilməsini gözləyirəm.

- Ola bilərmi ki, köçüb birdəfəlik Hindistanda yaşayasınız?

- Əslində, belə növ təklifləri dəfələrlə almışam. Amma anam və digər ailə üzvlərim burada olduqlarına görə onları qoyub gedə bilmirəm.

- Onsuz da Bakıda olduğunuz halda onlara lazımınca vaxt ayıra bilmirsiniz...

- Orası elədir... Hərdən buna görə özünü qınayıram. Amma nə edim?! Bu mənim işimdir. Ailə üzvlərimi tez-tez görməyə vaxt tapa bilməsəm də, ən azından, bilirəm ki, onlar mənim yaxınımdadırlar.

- Bir müddət tək yaşadığınız evi satdınız. İndi də evdə tək qalırsınız?

- İndi xalamla qalıram. Amma o da müvəqqətidir. Sonra nə olacağını bilmirəm.

- Maraqlıdır, niyə tək qalmağa üstünlük verirsiniz ki?

- Mən təklikdən qorxmuram. Adam var ki, evdə tək olanda bezir, yorulur. Mən isə əksinə, rahat oluram. Bir də ki, işim o qədər çox olur ki, evimə ancaq yatandan-yatana gedirəm (gülür).

- İşiniz ailə üzvlərinizi tez-tez görməyə mane olur deyirsiniz. Buna görə nə vaxtsa peşənizi başqa bir işlə əvəzləmək fikriniz var?

- Ola bilər. Heç kim səhnədə axıra qədər qalmır ki... Bir gün gələn bir gün gedir.

- Yaxşı, deyək ki, sənətdən uzaqlaşdınız. Hansı işlə məşğul olacağınızı müəyyənləşdirmisiniz?

- Bu barədə hələ ki, düşünməmişəm. Ola bilər ki, bizneslə məşğul olum.

- Əlinizdən gedən nədir?

- Gözəlliyim... Həqiqətən də, zaman keçdikcə gözəlliyimin tədricən əlimdən getdiyini hiss edirəm.

- Bəs sizin üçün “əldən gedən”lərə münasibətiniz necədir?

- Özümü tərifləmək kimi çıxmasın, amma bu reallıqdır ki, mənim üçün “əldən gedən” çox insan var. Amma onlara qarşı olan reaksiyam sıfıra bərabərdir.

- Bəlkə, bu hələ də Elşad Xoseni sevməyinizdən irəli gəlir? Bu mənim subyektiv fikrim deyil, ən azından, çoxları deyirlər ki, Oksana hələ də Elşadı unuda bilmir, onu sevir və s. Bu fikirləri səsləndirən insanlara hansı ismarıcı göndərmək istəyirsiniz?

- Bu, əslində, şəxsi məsələ olduğuna görə bu barədə geniş danışmaq istəmirəm. Bircə bunu deyə bilərəm ki, həmin insanlar yanılırlar. Mənim Elşada qarşı olan hisslərim tamamilə yox olub və bir də heç zaman onunla bərabər olmayacağam.

- Amma sevgi bitsə də, uzun müddət onun izləri, təsiri qalır, deyirlər. Sizin ürəyinizdə heç bir “iz” qalmayıb?

- Başlanğıcda müəyyən “iz”lər olsa da, yavaş-yavaş aradan gedir. Çünki artıq onu mənə, eləcə də məni ona bağlayan heç nə yoxdur ki, qəlbimdə öz təsirini buraxsın.

- Sizi sizdən “alan” nə oldu?

- Yalnız və yalnız sənətim...

Cavidan Abdullayev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/315378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR