Güclü şaxtalar Kanadanın təxminən 135 min ailəsini elektrik enerjisiz qoyub

Güclü şaxtalar Kanadanın təxminən 135 min ailəsini elektrik enerjisiz qoyub
02:18 5 Yanvar 2015
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Əlverişsiz hava şəraiti Kanadanın Kvebek əyalətində 135 mindən çox təsərrüfatı elektrik enerjisiz qoyub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Hydro-Quebec şirkəti xəbər verir.

Müxtəlif əyalətlərdə leysan yağışları, daşqınlar, saatda 120 kilometrə qədər güclü külək (Nyufaundlend və Labrador əyalətləri), qar və gecə 30 dərəcəyə qədər ekstremal şaxtalar gözlənilir.

Meteoroloqlar 48 dərəcəyə qədər soyuqların düşməsi və 15-30 santimetrə qədər bərk qarın yağması barədə xəbərdarlıq ediblər.

Şirkətin Monterji inzibati vilayətində 75 min nəfər və Monreal vilayətində 51 min nəfərə yaxın müştərisi artıq işıqsız qalıb, CBC telekanalı xəbər verir.

Ümumilikdə xəbərdarlıq Kanadanın şahzadə Eduard adasından başqa bütün əyalətlərinə aiddir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR