Türk mafiya lideri Avropada öldürüldü

Türk mafiya lideri Avropada öldürüldü
02:31 5 Yanvar 2015
200 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyədə son bir neçə həftədə mafiyalar arasında yaşanan qanlı toqquşmalar Avropaya da sıçrayıb.

ANS PRESS-in məlumatına görə, Hollandiyadakı türk mafiyası liderlərindən olan Okan Fidan paytaxt Amsterdamda silahlı hücuma məruz qalaraq öldürülüb.

44 yaşlı mafiya lideri “Volvo” markalın avtomobilinin sükan arxasına keçdikdən sonra qəfil silahlı hücumla üzləşib. Hücum nəticəsində ağır yaralanan Okan Fidan aparıldığı xəstəxanada həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

5 il əvvəl də ona qarşı hücum təşkil edilmiş, lakin həmin vaxt mafiya liderinin zirehli maşında olması, onu ölümdən xilas etmişdi.

Mafilya liderinin ölümündən sonra holland və türk təhqiqatçılar bir neçə hücum arasındakı əlaqələri araşdırmağa başlayıb.

Xatırladaq ki, son 2 həftədə artıq 5 türk mafiya başçısı öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR