Robotla sevişmək istəyən məşhur (VİDEO)

Robotla sevişmək istəyən məşhur (VİDEO)
04:16 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Məşhur pop müğənnisi, eyni zamanda heyvan hüquqları müdafiəçisi olan Ömür Gedik maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, türkiyəli məşhur müğənni Ferhat Göçerin sevgilisi, müğənni, kino tənqidçisi Ömür Gedik “CNN Türk” kanalında yayımlanan “Həftə sonu keyfi” proqramında aparıcının robotlarla sevişərsinizmi sualına “bəli” cavabını verib.

“Əgər insan kimi vücudu isinirsə və digər imkanlara sahibdirsə, ən əsas da istədiyimiz kimi proqramlaşdırmaq olarsa, onunla əlbəttə, cinsi münasibətdə olaram” – deyə Ömür Gedik bildirib.

Mətbuatda yayımlanan yazıları, açıqlamaları ilə səs-küy yaradan Ö.Gedik "Hürriyet" qəzetinə verdiyi müsahibələrdən birində seksin həyatındakı rolundan danışmışdı: "Seks həyatımın vaciblərindən biridir. Libidom yüksəkdir. Kişilərin daha çox seks haqqında düşündüyünü söyləyirlər, lakin qadınlarda da fərqli deyil".

Xatırladaq ki, səkkiz ilə yaxındır məşhur müğənni Ferhat Göçerlə birlikdə olan Ömür Gedik bir müddət əvvəl verdiyi açıqlamada bu vaxta qədər aralarında nə evlənmə təklifi, nə də uşaq istəyinin olmadığını söyləmişdi.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR