6 mərtəbəli bina uçdu: ölü və yaralılar var

6 mərtəbəli bina uçdu: ölü və yaralılar var
05:16 5 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Keniyada hündürmərtəbəli yaşayış binalarından biri uçub.

ANS PRESS-in məlumatına görə, Keniyanın paytaxtı Nayrobidə altı mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 1 nəfərin öldüyü, 22 nəfərin isə xəsarət aldığı bildirilir. Bina tamamilə dağılıb.

Tikinti qaydalarına uyğun şəkildə inşa edilməyən binanın alt mərtəbələrində keyfiyyətsiz materiallardan istifadə olunduğu üçün binanın uçduğu deyilir.

Hadisə baş verən əraziyə xilasedicilər cəlb edilib. Dağıntıların altında daha çox sakinin ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu, Keniyada yaşanan nadir hadisə deyil. 2014-cü il dekabrın 18-də də yaşayış binalarından birinin uçması nəticəsində 6 nəfər bina sakini ölmüş, 11-i isə xəsarət alaraq qəzadan qurtulmuşdu. Qəzalara səbəb kimi tikinti işlərinin qısa zamanda yerinə yetirilməsi və keyfiyyətsiz materialların istifadəsi göstərilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR