“Hülya sillələnməyi xoşlayır” (VİDEO)

“Hülya sillələnməyi xoşlayır” (VİDEO)
08:06 5 Yanvar 2015
234 Şou
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi restoranların birində Hülya Avşarla aralarında baş verən zarafatla media gündəminə düşən Orxan Gəncəbay və xanımı məsələyə münasibətini açılayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə Yeni İl gecəsi konsert proqramlarından birində Hülya Avşar izləyicilərə xoş anlar yaşatmaqla yanaşı, mətbuatda səs-küy yaradan addıma səbəb olub.

Orxan Gəncəbay Yeni İl Gecəsi zarafatlaşma zamanı Hülya Avşarın onu dişləməsini və öz hərəkətini belə izah edib: “Hülya Avşar mənim onu sillələməyimi xoşlayır.”

Sənətçinin xanımı Sevim Əmrə də onun sözünü təsdiqləyib: “Hülya ilə Orxan bacı-qardaş kimidirlər. Heç qısqanmadım. Çünki bu, onlar arasında olan bir zarafatdır. Hülya gəlib onun yanağını dişləyir, Orxan isə onun ombasına vurur.”

Xatırladaq ki, Hülya Avşar gecədə izləyici qismində iştirak edən məşhur sənətçi Orxan Gəncəbayın iki mahnısını ifa etdikdən sonra ailəsi və dostları ilə əyləşən sənətçinin masasına yaxınlaşıb və onun yanında oturub. Aralarında yaşanan zarafatlaşma zamanı Avşar qızı Gəncəbayın yanağını dişləyib. Usta sənətçi isə buna qarşılıq olaraq onun ombasına sillə vurub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR