Zərrabın 58 milyonluq təyyarəsi (FOTO)

Zərrabın 58 milyonluq təyyarəsi (FOTO)
09:21 5 Yanvar 2015
134 Digər
Ölkə mətbuatı
A- A+

3-13-cü ildə keçirilən böyükrüşvət əməliyyatı zamanı həbs edilən iş adamı, müğənni Ebru gündəşin əri Rza Zərrab özünə yeni təyyarə alıb. ANS PRESS-in məlumatına görə, Zərrabın yeni təyyarəsinin qiyməti düz 58 milyon dollardır.

"Gulfstream G550" model təyyarənin fotoları Zərrabın sahibi olduğu şirkətin sosial şəbəkə səhifəsində yerləşdirilib.

Xatırladaq ki, bundan öncə də Rza Zərrab təyyarə sahibi olub. O 17 dekabr rüşvət əməliyyatında həbs ediləndən sonra "Challenger 300" tipli təyyarəsinin kreditlərini uzun müddət ödəyə bilməyib. Lakin ötən ilin fevral ayında həbsdən çıxan kimi o borcunu ödəyərək təyyarəsini geri ala bilib.

Rza Zərrab ilk olaraq gündəmə həyat yoldaşı Ebru gündəşə etdiyi bahalı hədiyyələrlə gəlib. Dəyəri milyonlarla ölçülən hədiyyələr arasında villadan tutmuş, bahalı atlara kimi var.

Zərrab və Gündəş cütlüyünün evliliklərindən bir qızları var.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR