Nəhəng balıq rekord qiymətə satıldı

Nəhəng balıq rekord qiymətə satıldı
09:41 5 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın paytaxtı Tokioda 2015-ci ilin ilk balıq hərracında nəhəng tuna balığı rekord qiymətə satılıb. Hər il olduğu kimi, bu il də hərrac Tokionun məşhur Çukidzi bazarında keçirilib.

ANS PRESS-in məlumatına görə, burada çəkisi 180 kiloqram olan mavi tuna balığı 4,51 milyon yen, yəni 37,6 min dollara satılıb. Sakit okean sahillərində ovlanan balığı alan, ötən ilki kimi, restoranlar şəbəkəsinin sahibi, Kiyosi Kimura adlı şəxs olub.

Tokioda ilin ilk balıq hərracında ən iri balıqlar satışa çıxarılır və hərraclar il boyu ölkənin balıq sənayesində vəziyyətin necə olacağını müəyyənləşdirir.

Çukidzi bazarında indiyədək ən böyük balıq 2013-cü ildə satılmışdı. 222 kiloqram çəkim olan tuna balığı 1,5 milyon dollara satılaraq, rekord qeydə alınmışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR