Böyük qalmaqal: şahzadə əxlaqsızlıqda suçlandı - FOTO

Böyük qalmaqal: şahzadə əxlaqsızlıqda suçlandı - FOTO
09:57 5 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyada York hersoqu, şahzadə Endryu ilə bağlı böyük qalmaqal yaşanır. 54 yaşlı şahzadə yetkinlik yaşına çatmamış qızlara təcavüzdə suçlanır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, amerikalı Virciniya Roberts ABŞ-ın Florida ştatının məhkəməsinə müraciət edib. İlkin olaraq bu qızın ad və soyadı gizlədilərək ictimaiyyətə "Jane Doe 3" kimi təqdim edilsə də, onun kimliyi az sonra aşkarlanıb.
 
V.Robertsin iddia ərizəsində bildirilir ki, 1999-2002-ci illərdə, yetkinlik yaşına çatmadığı dövrlərdə amerikalı maliyyəçi Ceffri Epştayn onu şahzadə Endryu ilə cinsi əlaqəyə vadar edib: "Şahzadə ilə London, Nyu-York və Epştayna məxsus adadakı villada əlaqədə olmuşuq. Bu əlaqələrə görə mənə 15 min dollar ödənilib".
 
Britaniya kral taxtının mətbuat xidməti iddiaları rədd edib: "Bütün bunlar ABŞ-da mülki iddia ilə bağlı araşdırmaların detallarıdır. York hersoqunun həmin detallara heç bir dəxli yoxdur".
 
Amerikalı iş adamı Ceffri Epştaynla bağlı istintaq 2011-ci ildə başlanıb. O, yetkinlik yaşına çatmamış qızları cinsi əlaqəyə vadar etməkdə suçlanıb və indiyədək artıq 1,5 il həbsxanada qalıb. 2011-ci ildə şahzadə Endryu maliyyəçi Epştaynla dost olduğuna görə ictimaiyyətdən üzr istəmişdi.
 
Amerikalı vəkil Alan Derşovits bəyan edib ki, bir sıra şəxslər, o cümlədən şahzadə Endryu ilə cinsi əlaqədə olduğunu iddia edən Virciniya Robertsə qarşı iddia qaldıracaq. Harvard Universitetinin sabiq hüquq professoru bu qadının məhkəmədə and içəndən sonra ifadə verməsini istəyir.
Səbəb V.Robertsin cinsi əlaqədə olduğu şəxslər arasında A.Derşovitsin də adını çəkməsidir.
 
Virciniya Roberts dünən bildirib ki, onu müxtəlif tanınmış şəxslərlə cinsi əlaqədə olmağa mərhum mediamaqnat Robert Maksvellin qızı, milyarder Ceffri Epştaynın sevgilisi Gisleyn Maksvell sövq edib.
 
"Gisleyn mənim şahzadə Endryu ilə ilk görüşüm zamanı yanımızda idi. O, şahzadəyə "Virciniyaya neçə yaş verərsiniz?!" dedi. Şahzadə "17 yaş" deyəndə hamı gülmüşdü. Çünki o vaxt 14 yaşım vardı", - V.Roberts söyləyib.
 
54 yaşlı şahzadə Endryu Britaniya kraliçası 2-ci Yelizavetanın ortancıl oğludur.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR