Rusiyada 17 yaşlı azərbaycanlı qız axtarılır (FOTO)

Rusiyada 17 yaşlı azərbaycanlı qız axtarılır (FOTO)
10:01 5 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada 17 yaşlı azərbaycanlı qız itkin düşüb.

ANS PRESS-in "Komsomolskaya Pravda"ya istinadla verdiyi məlumata görə, 17 yaşlı məktəblini son dəfə dekabrın 26-da dostları ilə birlikdə görüblər.

Qumru Əhmədova Moskva yaxınlığındakı Dolqoprudnomda 11-ci sinif şagirdi olan Qumrunun sinif yoldaşlarının sözlərinə görə, onlar sonuncu dəfə onlar rəfiqələrinin birinin evində toplaşaraq rübün başa çatmasını qeyd ediblər. Qumru hamıdan qabaq evdən çıxıb. "Onun ailəsi azərbaycanlıdır və ciddidir. Ona gecikməməyi tapşırmışdılar".

Qız saat 16:00-da başqa rəfiqəsi ilə binnadan çıxıb. Bundan sonra onu küçədə telefonla danışan yerdə görüblər. Saat 16:11-da isə o özünün "VKontakte" səhifəsinə girib.

Qumrunun atası Mirsaleh Əhmədovun sözlərinə görə, elə bu zaman həyat yoldaşı qızına zəng edib və tez evə gəlməsini istəyib. "15 dəqiqədən sonra isə telefon zəngləri cavabsız qalıb. Biz narahat olduq. Mən dərhal telefonla polisə məlumat verdim. O, qohumlarının evinə də getməyib. Çünki bütün sənədləri evdədir".

Polisin ilkin ehtimalına görə, Qafqaz xalqalarında bu adi hal olduğu üçün qız evlənmək məqsədilə qaçırıla bilər. Amma qızın atası bu versiya ilə razı deyil. Onun sözlərinə görə, əgər belə bir hal olsa qarşı tərəfin ailəsi onlara müraciət edərdi.

17 yaşlı məktəblinin axtarışına könüllülər də qoşulub.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR