Türkiyə polisi xüsusi əməliyyat keçirir

Türkiyə polisi xüsusi əməliyyat keçirir
10:08 5 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə polisi Qaziantep vilayətində dövlət məmurlarının telefon danışıqlarının dinlənilməsində şübhəli bilinən şəxslərin saxlanması üzrə xüsusi əməliyyat keçirir. Bu barədə Trend ölkənin “Milliyyət” qəzetinə istinadən xəbər verir.

Əməliyyat çərçivəsində vilayətin hüquq-mühafizə orqanlarının bəzi işçiləri saxlanılıb.

Xatırladaq ki, Türkiyənin güc strukturlarında Fətullah Gülən hərəkatı tərəfdarlarının kadr təmizlənməsi aparılır. Kadr təmizləmələri ölkənin 25 bölgəsindəki güc strukturlarında həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2349746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR