La Liqada növbəti məşqçi istefası

La Liqada növbəti məşqçi istefası
10:12 5 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Primerosunda növbəti məşqçi istefası reallaşıb. "Xetafe"nin çalışdırıcısı Kozmin Kontra dünən baş tutan "Rayo Vallekano" ilə qarşılaşmadan sonra Madrid klubunu tərk etdiyini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis Çinin "Guangzhou" komandası ilə 4 milyon avro qarşılığında müqavilə imzalayıb.
 
""Xetafe" prezidenti və oyunçularına öz təşəkkürümü bildirirəm. Burada 6 gözəl il keçirmişəm. Ümid edirəm ki, bu, sadəcə vidalaşmadır və yenə görüşərik. "Xetafe"nin yeni baş məşqçisinə indidən uğurlar arzulayıram. Mən evimi tərk edirəm. Amma mən maliyyəsi daha çox olan təklifi dəyərləndirdim. Böyük nailiyyətlər qazanmağa yaşım və entuziazmım imkan verir", - Kontra bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR