"Məni və hamilə arvadımı heyvan kimi daşıdılar" - FOTO

"Məni və hamilə arvadımı heyvan kimi daşıdılar" - FOTO
10:12 5 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük gəminin yük yerində, tryumunda bir-birinə sıxılaraq dəmir döşəmədə oturmuş mühacirlər İtaliyaya çatacaqları anı gözləyirlər. Onları davar kimi bir yerə doldurublar və heyvan kimi də davranırlar. Amma bu adamlar dözürlər. Dözmək məcburiyyətindədirlər.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, fotolar Syerra-Leone bayrağı altında üzən "Ezadeen" gəmisində çəkilib. "Müəllif" isə İtaliyaya çatmaq üçün özünə və arvadına "görə" 15 min dollar ödəmiş suriyalı miqrantdır.
 
"Suriyadan qaçıb İtaliyaya sığınmaq üçün vasitəçilərə 15 min dollar verdim. Özümlə hamilə arvadımı müharibədən xilas etməliydim. Məni və hamilə arvadımı heyvan kimi daşıdılar", - 35 yaşlı suriyalı deyib.
 
İtaliya Sahil Mühafizəsi Xidmətindən verilən məlumata görə, "Ezadeen" gəmisi iri və xırda buynuzlu davar daşımaq üçün nəzərdə tutulub.
İtaliya sahillərinə yaxınlaşanda polisləri görən gəmi heyəti qaçıb.
 
Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR