Rikki Martinin ölüm xəbəri yalan çıxdı

Rikki Martinin ölüm xəbəri yalan çıxdı
10:16 5 Yanvar 2015
129 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur ulduz Rikki Martinin nümayəndələri müğənninin ölüm xəbəri ilə bağlı şayiələri təkzib ediblər.

ANS PRESS-in məlumatına görə, müğənninin yaxın adamları Rikki Martinin yaşadığını bildiriblər.

"O, bu yalanın qurbanı olmuş məşhurların karvanına qoşulur. O əvvəlki kimi sağdır və sağlamdır", - deyə müğənninin nümayəndələrindən biri deyib.

Qeyd edək ki, məşhur ulduz Rikki Martinin ölüm xəbəri yayılıb. Ulduzun ölüm xəbəri ABŞ-ın ABC 10 kanalından verilib.

Qısa bir zaman kəsiyində bütün sosial şəbəkələr Martinin ölüb-ölmədiyini müzakirə ediblər.

Xəbərdə polis zabiti kameraların qarşısına çıxaraq Martinin Los Ancelesdə keçirdiyi qəza nəticəsinəd öldüyünü açıqlayır. Onun danışığndan dərhal sonra qəzanın görüntüləri efirə verilib.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR