Odessada növbəti partlayış törədilib

10:22 5 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 10:19 ]

Bakı – APA. Ukraynanın Odessa şəhərində partlayış törədilib.

 APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, partlayış antiterror əməliyyatında iştirak edən güc strukturları əməkdaşlarına yardım üzrə əlaqələndirmə mərkəzinin ofisinin qarşısında baş verib. Ofisin və qarşıdakı binanın pəncərələri sınıb. Ölən və yaralanan yoxdur.  

 

Qeyd edək ki, yanvarın 3-də Odessa-Peresıp stansiyasında yanacaqla dolu sistern partladılıb. Zərər çəkən olmasa da, hadisə terror aktı kimi qiymətləndirilib. 2014-cü il dekabrın 27-də şəhərdə törədilən partlayış nəticəsində isə 1 nəfər ölüb. Dekabrın 23-24-də də Odessada partlayışlar baş verib.

 

Qeyd edək ki, Odessa vilayəti Moldovanın hazırda Rusiyanın nəzarətində olan Dnestryanı ərazisi ilə həmsərhəddir və strateji əhəmiyyətə malik regiondur.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR