Rza Zərrabın 58 milyonluq "Qolfstrim" təyyarəsi - FOTO

Rza Zərrabın 58 milyonluq "Qolfstrim" təyyarəsi - FOTO
10:27 5 Yanvar 2015
215 Dünya
Ölkə mətbuatı
A- A+

2013-cü ilin dekabr ayında keçirilən "Böyük rüşvət əməliyyatı" zamanı həbs edilən iş adamı, müğənni Ebru Gündəşin əri Rza Zərrab özünə yeni təyyarə alıb.

Anspress-in məlumatına görə, Zərrabın yeni təyyarəsinin qiyməti 58 milyon dollardır.

"Gulfstream G550" model təyyarənin fotoları Zərrabın sahibi olduğu şirkətin sosial şəbəkə səhifəsində yerləşdirilib.

Xatırladaq ki, bundan öncə də Rza Zərrab təyyarə sahibi olub. O, həbs ediləndən sonra "Challenger 300" tipli təyyarəsinin kreditlərini uzun müddət ödəyə bilməyib. Lakin ötən ilin fevral ayında həbsdən çıxan kimi o, borcunu ödəyərək təyyarəsini geri ala bilib.

Rza Zərrab ilk olaraq gündəmə həyat yoldaşı Ebru Gündəşə etdiyi bahalı hədiyyələrlə gəlib. Dəyəri milyonlarla ölçülən hədiyyələr arasında villadan tutmuş, bahalı atlara kimi var.

Zərrab və Gündəş cütlüyünün evliliklərindən bir qızları var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR