Gəncə və Kutaisi yazıçılarının görüşü keçirilib - FOTOSESSİYA

Gəncə və Kutaisi yazıçılarının görüşü keçirilib - FOTOSESSİYA
10:27 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 10:22 ]

Gürcüstan. Nizami Məmmədzadə - APA. Dekabrın 4-də Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə qardaşlaşmış şəhərlər olan Kutaisi və Gəncədə yaşayan yazıçıların görüşü keçirilib. Tədbirdə gürcü yazıçısı Temur Amkoladzenin Azərbaycan dilinə tərcümə olunan "Unudulmuş əhvalat" kitabının təqdimatı olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq sözü Gəncədə fəaliyyət göstərən "Tomris Analar və Bacılar Cəmiyyəti"nin sədri, Azərbaycanın əməkdar jurnalisti,  kitabın tərcüməçisi Nüşabə Məmmədliyə verib. N. Məmmədli çıxışında Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafından danışıb: "Bu gün fəxr edirəm ki, gürcü yazıçısının əsərini mən öz ana dilimə tərcümə etmişəm. Biz Azərbaycan və gürcü yazıçıları hələ belə tədbirləri çox keçirəcəyik. Mən Tiflisdəki Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin fəaliyyətini alqışlayıram. Muzey Azərbaycan dövlətinin köməyi ilə yüksək səviyyədə bərpa olunub. Mən də Gəncədə yaşamış və orada dəfn olunan gürcü yazıçısı Nikoloz Barataşvili adına Mədəniyyət Muzeyi yaratmaq təşəbbüsü ilə çıxış edirəm və arzu edirəm ki, onun yaşadığı evdə də belə bir muzey fəaliyyət göstərsin".

 

Tədbirdə gürcü yazıçılarından Temur Amkoladze, Vladimir Çitaşvili, Lela Tsetsadze və azərbaycanlı yazıçılardan Barat Vüsal, Bahadur Fərman və başqaları çıxış ediblər.

 

Mirzə Fətəli Axundov Mədəniyyət Muzeyinin direktoru L. Əliyeva Azərbaycan dilində nəfis şəkildə nəşr olunan Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, eləcə də görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin gürcü dilinə tərcümə olunan "Yeddi gözəl" kitablarını və "Kutaisi" adlı albomları yazıçılara hədiyyə edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR