ABŞ gərgin həftəyə girir

ABŞ gərgin həftəyə girir
10:41 5 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da nəzarəti respublikaçıların ələ aldığı Konqresin hər iki palatası - Nümayəndələr Palatası və Senat bu həftə işə başlayacaq.

ANS PRESS-in məlumatına görə, Senatda əksəriyyətin lideri olan senator Mitç Makkonnell CNN televiziyasına müsahibəsində deyib ki, amerikalıların respublikaçıların nəzarətində olan Konqresə və demokrat prezidentə səs verməsi məsələlərin çıxılmaz vəziyyətə düşməsi demək deyil. Seçicilər əsas məsələlərdə güzəştə gedilməsini və inkişafın əldə olunmasını istəyirlər.

O bildirib ki, Senatın ilk iş günlərində "Kistoun" neft kəməri layihəsinin təsdiq ediləcək. Layihənin tərəfdarları bununla yeni iş yerlərinin açılacağını və ABŞ-ın enerjidən asılılığının azalacağını düşünürlər. Demokrat opponentlər isə neft kəməri layihəsinin ətraf mühitə böyük zərər verəcəyini və yeni iş yerlərinin yalnız az hissəsinin daimi olacağını bildiriblər.

Hər iki palatada respublikaçıların ABŞ prezidenti Barak Obamanın səhiyyə islahatları proqramı və mühacirətə dair qərarını dəyişməyə çalışacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR