Bakıda bağlı yollardan biri açıldı

Bakıda bağlı yollardan biri açıldı
10:53 5 Yanvar 2015
100 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Atatürk prospektinin bağlı hissəsində nəqliyyatın hərəkəti bərpa edilib.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakının Atatürk prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Ziya Bünyadov prospekti ilə kəsişməsinə qədər hissəsində aparılan təmir işləri yekunlaşıb. Bununla da həmin yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR