Böyük əməliyyat başladı

Böyük əməliyyat başladı
11:01 5 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə paralel hökumətə qarşı geniş əməliyyat başlayıb.

ANS PRESS-in məlumatına görə, Qaziantepdə başlayan əməliyyat çərçivəsində qeyri-qanuni dinləmə edənlərə qarşı araşdırmalar aparılıb. Xüsusilə, kəşfiyyat bölməsində çalışanlara qarşı yönələn əməliyyatlar çərçivəsində xeyli polis saxlanılıb.

Qeyd edək ki, Türkiyədə "14 dekabr əməliyyatı"ndan bu yana xeyli sayda əməliyyat keçirilib və bir çox polis əməkdaşı saxlanılıb. Saxlanılanlar qanunsuz olaraq dinləmə həyata keçirdikləri üçün həbs edilib.

"Paralel hökumət"in başında duran Fətullah Gülən haqqında həbs qərarı çıxaran məhkəmə isə artıq polisdən qərarın həyata keçirilməsinə istəyib.

Gülən həm qırmızı bülletenlə, həm də ABŞ ilə olan ikitərəfli razılaşma çərçivəsində istəniləcək. Əgər ABŞ razılıq verərsə Fətullah Gülən Türkiyəyə gətirilərək məhkəmə qarşısına çıxacaq.

"Paralel hökumət" qurmaqda günahlandırılan Gülən bir sıra əməllərinə görə də cavab verəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR