Əfqanıstan prezidenti NATO qoşunlarının ölkədən çıxarılmasını təxirə salmağa çağırır

11:07 5 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 11:02 ]

Bakı - APA. Əfqanıstan prezidenti Əşrəf Qəni hesab edir ki, NATO qoşunlarının ölkədən çıxarılma müddətinə yenidən baxmaq və prosesi sonrakı tarixlərə ertələmək olar.

 

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə prezident CBS telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, göstərilən sonuncu müddətlər doqma deyil: “Əgər hər iki tərəf və ya bir neçə tərəfdaş müəyyən məqsədlərə nail olmaq üçün səylərini birləşdiribsə və tərəqqi tam realdırsa, qoşunların çıxarılma müddətinə yenidən baxılması arzu edilə bilər”.

 

Ə.Qəni “İslam Dövləti” qruplaşmasından ehtiyatlandığını da gizlətməyib.

 

Qeyd edək ki, 2014-cü ilin dekabrında BMT Təhlükəsizlik Şurası 1 yanvar 2015-ci ildən Əfqanıstanda NATO-nun yeni missiyasının yerləşdirilməsinə dair alyansla bu ölkə arasında imzalanmış sazişi yekdilliklə təsdiqləyib. 12 min hərbçidən ibarət yeni missiya Əfqanıstan güc strukturlarına təlim keçmək və məsləhət verməklə məşğul olacaq. Bu, qeyri-döyüş missiyası olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR