Azərbaycanda ustaya qoşulub qaçdığı deyilən evli qadından yeni xəbər

Azərbaycanda ustaya qoşulub qaçdığı deyilən evli qadından yeni xəbər
11:16 5 Yanvar 2015
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda növbəti dəfə evli qadın başqasına qoşulub qaçıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə rayonda məlumatlar yayılıb. Yayılan məlumatlarda bildirilir ki, Siyəzəndə yaşayan 5 uşaq anası V.F. həyətlərində işləyən ustaya qoşulub qaçıb.

Ərinin polis olduğu bildirilən qadının ailədə problemləri olduğu da vurğulanıb. ANS PRESS-in bölgə müxbiri yayılan məlumatlara aydınlıq gətirmək üçün Siyəzən rayon polis şöbəsilə əlaqə yaradıb. Polis şöbəsindən bildirilib ki, əslində yayılan məlumatlarda yanlışlıq var.

Bildirilib ki, 5 uşaq anası ərindən küsdüyü üçün evdən çıxıb. Bir müddət sonra isə qadını evə qaytarıblar. Lakin onun başqası ilə qaçması barədə informasiya təsdiqini tapmayıb. O da vurğulanıb ki, həqiqətən də qadının həyat yoldaşı polis nəfəridir.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Şabranda 2 uşaq anası başqasına qoşulub qaçmışdı.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR