Hande Yener Azərbaycana "yox" dedi (FOTO)

Hande Yener Azərbaycana "yox" dedi (FOTO)
11:16 5 Yanvar 2015
227 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə pop musiqinin kraliçası adlandırılan Hande Yener Azərbaycanda gələn bir milyonluq təklifdən imtina edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, müğənni Yenil il gecəsində Bakının ən məşhur restoranlarından birində çıxış edib.

Müğənni tamaşaçılar qarşısına şaxta baba geyimin bənzəyən qırmızı ağ tüklü geyimdə və maskada çıxıb.

Bu çıxışdan sonra ona Azərbaycan kanallarının birindən təklif gəlib. Hande Yenerə yeni mövsümdə başlayacaq musiqi yarışmalarından birində müsiflər heyəti qismində qatılmaq təklif edilib. İddiaya görə, pop kraliça hər verilişdən 35 min dollara yaxın pul alacaqdı.

Yarışmanın 13 hissədən ibarət olması planlaşdırlıb. Plana görə, müsif qismində iştirak etmək üçün H.Yener həftənin 3 günün Azərbaycanda qalacaqdı.

Lakin sənətçi ümumi dəyəri 1 milyon liradan çox olan (335 min manat) təklifdən imtina edib. Buna səbəb isə Yenerin imzaladığı müqavilələr və təqvim planının təsdiqlənməsi olub. Belə ki, o bu yarışın ona mane olacağını düşünüb.

Yenərin yerini kimin alacağı isə hələ bəlli deyil.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR