SOCAR bütün idarə və müəssisələrində xərclərini optimallaşdırır

11:17 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 11:11 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır.

 

APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev şirkətdə 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

 

R. Abdullayev müşavirədə 2015-ci ildə qarşıda duran məsələlərdən danışaraq idarə rəhbərlərinə konkret göstərişlər verib. O, bildirib ki, yeni ildə şirkətin həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi Azərbaycanın yanacaq-enerji balansına uyğun olaraq, neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir. Bu məqsədlə şirkətin bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR