Türk dərnəyi Sarıqamışa Azərbaycan bayrağı ilə yürüş etdi

Türk dərnəyi Sarıqamışa Azərbaycan bayrağı ilə yürüş etdi
11:19 5 Yanvar 2015
139 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyədə I Dünya Müharibəsi zamanı Sarıqamışda donaraq şəhid olan 90 min türk əsgərinin 100-cü anım tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, “Əsrin yürüşü” adlanan anım tədbirinə TBMM sədri Cəmil Çiçək, Türkiyənin daxili işlər naziri Efkan Ala, gənclik və idman naziri Akif Çağatay Kılıç, Qars valisi Günay Özdemir, Qars bələdiyyə başçısı Murtaza Karaçanta, millət vəkilləri, Türkiyənin hər bir şəhərindən,  Azərbaycan və TİKA-nın fəaliyyət göstərdiyi əksər ölkələrdən insanlar qatılıb.

“Əsrin yürüşü”nə Azərbaycandan qatılan “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, Yalova Əsilsiz Erməni İddiaları Mücadilə Dərnəyi (YƏEİMD) ilə birlikdə yürüşə Azərbaycan bayraqları ilə qatılıblar: “Bu barədə YƏEİMD başqanı Şəmsəddin Gürtəkinlə öncədən planlaşdırdığımız kimi çalışdıq və yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları ilə diqqət mərkəzində olduq. Bu dərnək Quba, Xocalı soyqırımlarını Türkiyədə tanıdan ciddi dərnəklərdən biridir və builki yürüş də həmin tədbirlərin davamı sayıla bilər. Yürüş zamanı yüzlərlə insana Azərbaycan bayrağı paylayaraq, yüz minlik yürüşdə Azərbaycanın Türkiyə ilə bərabər yürüdüyü mesajını təkrarladıq. Biz bundan sonra hər il Yalova və Kars Əsilsiz Erməni İddiaları Mücadilə Dərnəkləri ilə birlikdə bu ənənəni davam etdirmək niyyətindəyik”.

A. Ələsgər bildirib ki, onlarla yanaşı, Kars Kafkas Universitetindəki azərbaycanlı müəllim və tələbələr, Bakıdakı Anadolu Liseyinin şagirdləri və Türkiyədə yaşayan xeyli sayda azərbaycanlı “Əsrin yürüşü”ndə iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR