Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı artıb

11:27 5 Yanvar 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 11:24 ]

Bakı. Könül Kamilqızı – APA. Bayram günlərində (31 dekabr, 1-4 yanvar tarixlərində) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, son 5 gün ərzində təcili yardıma daxil olan müraciətlərin sayında adi günlərlə müqayisədə təxminən 10% artım qeydə alınıb. Onun sözlərinə görə, bayram günlərində təcili yardıma gün ərzində 1900-2000-ə yaxın müraciət daxil olub: “Adi günlərdə isə gün ərzində təcili yardıma təxminən 1700-1750 çağırış daxil olurdu. Bayram günlərində tibb müəssisələri, poliklinikalar fəaliyyət göstərmir. Bunun nəticəsində də insanlar əsasən təcili yardıma müraciət edir. Bu da bayram günlərində müraciətlərin sayını artırıb”.

 

O. Şahmalıyev əlavə edib ki, çağırışlar adi günlərdə olduğu kimi, əsasən ürək-damar xəstəlikləri ilə bağlı olub. Onun sözlərinə görə, bayram günlərində təcili yardıma daxil olan 2000-ə yaxın müraciətin 180-200-ü uşaqlarla bağlı olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR