Bakıda avtobus saxlatmaq istəyən kişini maşın vurdu - VİDEO

Bakıda avtobus saxlatmaq istəyən kişini maşın vurdu - VİDEO
11:27 5 Yanvar 2015
137 Sosial
Ölkə mətbuatı
A- A+

Sərxoş halda avtobus dalınca qaçan piyada bir anda yerə sərildi, qadın qorxub qaçdı
Bakıda yol qəzalarında ölüm hallarının yarıdan çoxunu - 51 faizini piyadavurmalar təşkil edir. Onun da bir çoxunda elə piyadalar günahkar olsalar da, bəzən sürücülər əziyyət çəkirlər. Amma bu videoya baxandan sonra kimin günahkar olduğunu aydınlaşdırmaq o qədər də çətin olmayacaq.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza yeni olmasa da, günümüzün reallıqlarını əks etdirir. Sərxoş halda yola çıxıb qəzaya səbəb olan, ölən, yaralanan, sürücülərə heç nədən problem yaradan belə piyadalarla bağlı fakt axtararkən bu videonu unutmamaq lazımdır. Çünki elə bu kadrlarda da görürük ki, kişi sərxoşdur, qadının əlindən bərk-bərk tutub yolu keçir. O, avtobusa əl edir və sağa-sola baxmadan özünü yola atır. Qadın səkinin üstündə dayansa da, kişi özünü yola atır və bir anda sürətlə ona çırpılan avtomobil piyadanı bir neçə metr irəli tullayır. Piyadanın başı səkiyə dəyir və yerindən tərpənə bilmir. Bu mənzərəni görən qadın isə qorxub geri çəkilir.

Bu, çox dəhşətli bir mənzərədir. Amma reallıqları görmək lazımdır. Bu vəziyyətdə lap ayıq halda da yolu keçmək olmaz. Yol qaranlıq, sürət yüksək. Heç olmasa sağa-sola baxmaq yaxşı olardı…

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR