Ötən il işlə təmin olunanların sayı açıqlandı

Ötən il işlə təmin olunanların sayı açıqlandı
11:29 5 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il bölgələrdə 60 əmək yarmarkası keçirilib”. Bu barədə Lent.az-a nazirliyin şöbə müdiri Elman Babayev bildirib.  

Qeyd olunan aktiv məşğulluq tədbirlərində ümumilikdə 5753 nəfər vətəndaşa  boş iş yerlərinə göndəriş verilib. Onlardan 4838 nəfəri (və ya 84,09 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib. Əmək yarmarkaları zamanı peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik  çəkən,  yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 396 nəfər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunub. Tədbirlər zamanı 204 nəfər ödənişli ictimai işlərə göndərilib.

2014-cü il ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərindəki  ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə 10 aktiv məşğulluq tədbiri keçirilib. «Karyerada ilk addım» devizi altında keçirilən həmin tədbirlər nəticəsində 185 nəfər münasib işlə təmin edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR