Bayram günlərində Bakıda 11 yol qəzası olub

Bayram günlərində Bakıda 11 yol qəzası olub
11:29 5 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bayram günlərində ürək-damar xəstəlikləri ilə bağlı müraciət edənlərin sayında müəyyən artım olub”. Bu barədə Lent.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Onun sözlərinə görə, bu, qidalanma ilə bağlıdır: “Başqa günlərdə bu cür xəstəliyi olan şəxslər pəhriz saxlasa da, bayram günlərində pəhrizə riayət etmirlər. Buna görə də problem yaranır”.

 

O. Şahmalıyevin sözlərinə görə, bayram günlərində qida zəhərlənməsi ilə bağlı orta hesabla 3 müraciət olub: “Adi günlərdə bu rəqəm 1-2 nəfər təşkil edirdi. Dekabrın 31-də 5 nəfər qidadan zəhərlənib. Yanvarın 1-də isə bu problemlə cəmi bir nəfər müraciət edib”.

 

Bakıda baş verən yol qəzalarına gəldikdə isə baş həkimin müavini bunları bildirib: “Dekabrın 31-dən yanvarın 4-dək Bakıda 11 yol qəzası qeydə alınıb. Nəticədə 17 nəfər zərər çəkib və onlardan da 13 nəfəri xəstəxanaya yerləşdrilib. Ölüm faktı qeydə alınmayıb”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR