MDB çərçivəsində bu il iki beynəlxalq hərbi tədbir keçiriləcək

11:32 5 Yanvar 2015
140 Sosial
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 11:27 ]

Bakı. Rəşad Süleymanov – APA. Bu il MDB çərçivəsində iştirakçı ölkələrin hərbçilərinin iştirakı ilə bir neçə geniş miqyaslı tədbir keçiriləcək. APA-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan «Krasnaya Zvezda» qəzetinə müsahibəsində MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski bildirib.

 

A. Sinayski deyib ki, bu il sahil ölkələrinin hərbi gəmilərinin ekipajlarının iştirakı ilə «Xəzər dənizi - 2015» biatlonunun, avqust ayında Azərbaycan, Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Tacikistan, hətta MDB-yə üzv olmayan Serbiyadan və digər ölkələrdən xüsusi təyinatlıların və paraşüt-desant bölmələrinin iştirakı ilə «Beynəlxalq ordu oyunları - 2015» beynəlxalq hərbi oyunları keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR