Gəncə sakini dəm qazından zəhərlənərək ölüb

11:37 5 Yanvar 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 11:35 ]

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini Göygöldə dəm qazından zəhərlənərək ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Kəmalə Quliyeva yaşadığı evin vanna otağında olarkən su qızdırıcısında yaranan nasazlıq zamanı içəriyə dolan dəm qazından zəhərlənib. Qadının əmisi oğlu Rəfael Quliyev onu dərhal Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, 51 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR