Yeni “ASAN xidmət” açıldı

Yeni “ASAN xidmət” açıldı
11:41 5 Yanvar 2015
521 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

“ASAN xidmət” mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Sabirabad “ASAN xidmət” mərkəzi Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan və Beyləqan rayonlarında qeydiyyatda olan və ümumi sayı 900 000-ə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda 7 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR