Sabirabad "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb

Sabirabad "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb
11:43 5 Yanvar 2015
378 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Bu gündən etibarən Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, 5 yanvar 2014-cü il tarixindən etibarən Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Sabirabad “ASAN xidmət” mərkəzi Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan və Beyləqan rayonlarında qeydiyyatda olan və ümumi sayı 900 000-ə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda 7 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR