Kadırov İŞİD-i ələ saldı

Kadırov İŞİD-i ələ saldı
11:51 5 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

"Terror qruplaşmalarının içərisində bizim yaxşı casus şəbəkəmiz var. Bu, bizi maraqlandıran qruplaşmaların hərəkətini izləməyə imkan verir. Bunun sayəsində biz silahı zarafatla olsa belə, Rusiya tərəfə yönəldən hər kəsi vaxtında o biri dünyaya əbədi ezamiyyətə göndərə bilərik".

ANS PRESS-in məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov deyib.

"İŞİD-in Rusiya üçün heç bir təhlükəsi yoxdur. Biz boş yerə özümüzü İŞİD-lərlə qorxuduruq", - deyə Kadırov əlavə edib.

O həmçinin bildirib ki, Rusiya və bütün dünya üçün əsl təhlükə əslində ABŞ və qərb ölkələrinin yaxın şərq regionunu terroristlərin hazırlanması üçün nəhəng meydana çevirməsidir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR