İntiqam Əliyevin cinayət işinin istintaqı yekunlaşdı

İntiqam Əliyevin cinayət işinin istintaqı yekunlaşdı
11:52 5 Yanvar 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

Həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib
Bu barədə APA-ya məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, iş üzrə ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham aktı yaxın günlərdə icraata veriləcək.

İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR