Qubad İbadoğlundan maraqlı AÇIQLAMA

Qubad İbadoğlundan maraqlı AÇIQLAMA
11:54 5 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+

“Təkliflərim əsasında Müsavat Partiyasının 2015-ci il üçün fəaliyyət proqramı hazırlanıb”

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyanın sabiq başqanı İsa Qəmbərin seçkilərin legitimliyini qəbul etməyən tərəfin “hakimiyyətə işləməsinə” dair ittihamına və bir sıra digər suallara aydınlıq gətirib. Q.İbadoğlu Lent.az-a açıqlamasında bildirib ki, kimsə konkret olaraq onun adını çəkərək bu ittihamı irəli sürməyib: “Kimsə hansısa fərziyyə irəli sürürsə, getsin araşdırsın və ya konkret faktlarla çıxış etsin”.



Q.İbadoğlu sözlərinə görə, 2015-ci ildə partiyanın inkişafı, güclənməsi üçün yeni təkliflər irəli sürüb: “Mənim təkliflərim əsasında Müsavat Partiyasının 2015-ci il üçün fəaliyyət proqramı hazırlanıb. Yəni bu o deməkdir ki, mən Müsavat Partiyasının üzvü olaraq qalıram və fəaliyyətimi də davam etdirirəm”.



Tanınmış iqtisadçı Müsavat Partiyasının başqanı Arif Hacılının Vurğun Əyyubun məclis üzvlüyündən uzaqlaşdırılması təklifinə də münasibət bildirib: “Vurğun Əyyub vaxtilə Qarsda olanda iki il ərzində Müsavat partiyasının nə divanının, nə də ki, məclisinin toplantılarında iştirak edib. Yalnız qış və yay tətillərində Azərbaycanda olanda həmin toplantılara qatılıb. Bu zaman nədənsə heç kimin ağlına gəlmirdi ki, partiyanın toplantılarında iştirak etmədiyinə görə Vurğun bəyi qovmaq lazımdır. Ona görə də hesab edirəm ki, indiki yanaşma qərəzlidir və düzgün yanaşma deyil. Onun məsuliyyətini də dərk edənlər ümumiyyətlə o məsələni müzakirəyə çıxarmalı deyildilər. Vurğun Əyyub indiyə qədər partiyada xidməti və hörməti olan bir şəxsdir. Onu da bildirim ki, belə müzakirələr Müsavat Partiyasına hörmət gətirmir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR