Bakıda dilənçiliklə məşğul olan 98 nəfər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi və Nərimanov rayon Polis İdarələrinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-4 tarixlərində keçirdiyi profilaktiki tədbirlər nəticəsində, müvafiq olaraq, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 20 kişi, 32 qadın, 46 azyaşlı saxlanılıb. Onlarla fərdi söhbətlər aparılıb, barələrində inzibati qaydada protokol tərtib olunaraq, qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib