Sərxoş kişi azərbaycanlı hamilə qadını güllələdi

Sərxoş kişi azərbaycanlı hamilə qadını güllələdi
12:05 5 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

Hadisəni törədən şəxs yaxalanıb
Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan diasporasının fəallarından olan Rasim Quliyevin həyat yoldaşı öldürülüb.

Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, bu barədə "Azerros"un yerli şöbəsinin rəhbəri Vidadi Abbasov bildirib. Onun sözlərinə əsasən, hadisə yanvarın 3-də, Kanavin rayonunda baş verib:

“Quliyevlərin yaşadığı binanın birinci mərtəbəsində qalan qonşusuna yuxarıda yaşayan uşaqların səs-küy etməsi xoş gəlməyib. Rasimin hamilə olan həyat yoldaşı ilə mübahisə edən sərxoş və işsiz qonşu evindəki seyfdə saxladığı ov tüfəngini götürüb təkrar yuxarı qalxıb və Quliyevlərin yaşadığı mənzilin qapısına atəş açıb. Həmin vaxt qapının arxasında olan hamilə qadın aldığı güllə yarasından hadisə yerindəcə keçinib".

V. Abbasov qadının hamiləliyinin sonuncu ayında olduğunu deyib. O, bu ay körpəsini dünyaya gətirəcəkmiş.

Polis hazırda 49 yaşlı kişini saxlayıb. Hamilə qadını amansızlıqla qətlə yetirdiyinə görə onu ömürlük həbs gözləyir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR