Bakıda keçmiş məhkumdan yarım kilodan çox heroin götürülüb

Bakıda keçmiş məhkumdan yarım kilodan çox heroin götürülüb
12:08 5 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda astaralı keçmiş məhkumdan yarım kilodan çox heroin götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Astara rayon sakini, əvvəllər məhkum olunan, 1979-cu il təvəlladlü Şaiq Quliyev saxlanılıb.

Saxlanılarkən ondan 503,127 qram heroin aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2349825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR