Kriştianu Ronalduya şərik tapıldı

Kriştianu Ronalduya şərik tapıldı
12:12 5 Yanvar 2015
209 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ildə ilk siyahısını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qurum 2014-cü ildə dünyanın 60 ən güclü çempionatının məhsuldar oyunçularının cədvəlini tərtib edib.
  
Ötən il başa çatan çempionatların göstəricilərinə əsasən, planetin ən yaxşı bombardiri tituluna 2 futbolçu şərik çıxıb. İspaniya “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu və “Barselona”nın uruqvaylı legioneri Luis Suares hərəyə 31 qol vurublar. Lakin sonuncu bunu 2013/14 mövsümündə formasını geydiyi İngiltərə “Liverpul”unda bacarıb.
 
Hazırda digər ispan klubu “Real-Sosyedad”ın formasını geyən Alfred Finnboqasson isə siyahıda 3-cüdür. İslandiyalı ötən mövsüm “Herenven”in heyətində Hollandiya çempionatında 29 dəfə fərqlənib.
 
Qeyd edək ki, 20 qol səddini 15 futbolçu adlaya bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR