ARDNŞ-dən rekord

ARDNŞ-dən rekord
12:16 5 Yanvar 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi aktivlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə beş dəfə artaraq 24 milyard 442 milyon manata çatıb.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, şirkət ötən il öz tarixində ilk dəfə olaraq dövlət büdcəsinə rekord səviyyədə - 1 milyard 825 milyon manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib.

Bu barədə şirkətdə keçirilən 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.

Müşavirədə qeyd edilib ki, bu il şirkətin həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi Azərbaycan Respublikasının yanacaq-enerji balansına uyğun olaraq, neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir. Bu məqsədlə ARDNŞ-in bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR