Bakı şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyində yoxlama aparılacaq

12:17 5 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:14 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

 

APA-nın məlumatına görə, Kollegiya iclasında Hesablama Palatasının 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiq edilib.

 

Hesablama Palatası bu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Milli Arxiv İdarəsinə ayrılmış vəsaitlərin istifadəsinə dair yoxlamalar aparacaq. Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə ayrılmış vəsaitlərin  və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair və dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin icrasına dair də yoxlama aparılacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR