AXCP funksioneri: “Müsavat Partiyası ilə əməkdaşlıq müzakirə olunmur”

AXCP funksioneri: “Müsavat Partiyası ilə əməkdaşlıq müzakirə olunmur”
12:17 5 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:11 ]

Bakı. Etibar Məmmədov – APA. “Azərbaycan Xalq Cəbhəsi Partiyasının Müsavatla əməkdaşlığı müzakirə olunmur”.

Bunu APA-ya açıqlamasında AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli deyib.

 

Xatırladaq ki, Müsavat Milli Şuradan çıxdıqdan sonra AXCP ilə münasibətlər gərginləşib və partiya funksionerləri qarşılıqlı ittihamlar səsləndirib. Arif Hacılı Müsavat Partiyasının başqanı seçildikdən sonra Müsavatın AXCP də daxil olmaqla, digər partiyalarla əməkdaşlığa hazır olduğunu vurğulayıb. R. Daşdəmirli isə bildirib ki, AXCP Müsavatla müttəfiqlik barədə hər hansı qərar verməyib: “Biz Milli Şuranın tərkibində olduğumuza görə, digər partiyalarla əməkdaşlıq barədə qərar yoxdur. Ancaq mənim şəxsi fikrim budur ki, müttəfiqliyin olması yaxşıdır. Müsavatda dostlarımız çoxdur, zamanla hər şey düzələr”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR