Bakıda əyləncə mərkəzində soyğunçuluq edilib

Bakıda əyləncə mərkəzində soyğunçuluq edilib
12:18 5 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Paytaxtın əyləncə mərkəzlərinin birində soyğunçuluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Emin Cəfərov tutulub.

O, yanvarın 2-də saat 01:30 radələrində, M.Qardaşları küçəsində yerləşən əyləncə mərkəzində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Teymur Musayevə qarşı soyğunçuluq törətməklə mobil telefonunu və 304 manat pulunu talamaqda şübhəli bilinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR