Siqarət və içki oğurlayan qardaşlar tutuldu

Siqarət və içki oğurlayan qardaşlar tutuldu
12:19 5 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqda şübhəli bilinən 5 gənc saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 1-də axşam saatlarında T.Bədəlov küçəsində Bakı şəhər sakini Ramiz Salmanova məxsus mağazanın şüşəsini sındırmaqla spirtli içkilər, tütün məmulatları və müxtəlif istehlak malları oğurlanıb. Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Hüseyin Məlikov, 1993-cü il təvəllüdlü Vüqar İsmayılov, 1991-ci il təvəllüdlü Rəşad Behbudov, qardaşı 1994-cu il təvəllüdlü Elşad Behbudov və 1990-cı il təvəllüdlü Şükür Novruzov tutulublar.

 

Faktla bağlı araşdırma aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR