Rusiyada baş verən yol qəzasında avtomobilin içindəki 6 nəfər yanıb

12:27 5 Yanvar 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:25 ]

Bakı – APA. Rusiya Federasiyasının Leninqrad vilayətində baş verən yol qəzası nəticəsində 6 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Sankt Peterburq-Pskov yolunun 164-cü kilometrliyində qeydə alınıb.

 

“Hyundai” markalı minik avtomobili yolun qarşı tərəfinə keçərək “Daewoo” taksisi ilə toqquşub. “Daewoo” dərhal yanmağa başlayıb. Sürücü və onun 5 sərnişini hadisə yerində ölüb. Ölənlərdən üçü 2, 6 və 14 yaşlı uşaqlardır. Qadın sərnişin xəstəxanaya çatdırılıb.

 

“Hyundai” avtomobilinin sürücüsü saxlanılıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR