Dövlət qurumları yoxlanılacaq

Dövlət qurumları yoxlanılacaq
12:31 5 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının növbəti iclası keçirilib.

ANS PRESS-in Hesablama Palatasına istinadla verdiyi məlumata görə, dekabr ayının 29-da keçirilən Kollegiya iclasında, Palatanın 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş aşağıdakı nəzarət tədbirləri ilə bağlı Audit proqramları təsdiq edilib:

- dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ayrılmış vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;
- dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin icrasına dair.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR