Rozadan səs-küylü layihə

Rozadan səs-küylü layihə
12:37 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Roza Zərgərli 2015-ci ilə yeni layihələrlə qədəm qoyub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, uzun müddət əvvəl “Ben production” adlı şirkət yaradan sənətçi ilk televiziya layihəsi olaraq ATV telekanalında “Bakı vaxtı ilə” verilişini yayımlayıb. 2015-ci ilin ilk günü isə müğənni şirkətinin binasının açılışını edib.

R.Zərgərlinin direktor olduğu “Ben production” dünyada ən son istehsal olunan musiqi və səsyazma avadanlıqları ilə təchiz ediləcək. Yaxın günlərdə müğənni studiyanın təmtəraqlı açılışını edəcək. Bununla yanaşı, “Bakı vaxtı ilə” verilişinin layihə rəhbəri olan R.Zərgərli növbəti proqram üzərində çalışır.

O, açıqlamasında layihənin özəlliklərinin nədən ibarət olduğunu deməsə də, teleməkanda şou verilişlərinə əsl rəqib gələcək bir veriliş üzərində çalışdığını bildirib:

“Şou xarakterli verilişlər efirdə çoxdur. Layihə rəhbəri olacağım bu veriliş isə səs-küy yaradacaq. Rəqabətin necə olduğunu bütün şou proqramları hiss edəcək. Əvvəlcədən danışmaq mənə düşmür. Həm də ideyalarımı oğurlaya bilərlər. Yaxın günlərdə hər kəs xəbər tutacaq”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR